525.Az

Xorvatiya böyük hesabla qələbə qazanıb


 

Xorvatiya böyük hesabla qələbə qazanıb<b style="color:red"></b>

Bu gün DÇ-2022-nin F qrupunda II tura yekun vurulub.

525.az saytının məlumatına görə, mundialın 8-ci gününün üçüncü matçında Xorvatiya Kanadayla üz-üzə gəlib.

Son mundialın vitse-çempionu ilk qələbəsini şimali amerikalılar üzərində qazanmağa çalışıb. Zlatko Daliçin yetirmələri bunu bacarıb və Kanadanın qrupda qalacağı rəsmiləşib. 36 ildən sonra mundial həyəcanı yaşayan Kanada yığması matçda hesabı açaraq bu turnirdə ilk qolunu vurmağa nail olub. Lakin xorvatlar bunun əvəzində 4 qol vuraraq xallarının sayını 4-ə çatdırıb.

Qeyd edək ki, F qrupunun digər oyununda Belçika ilə Mərakeş qarşılaşıb. Bakı vaxtı ilə saat 17:00-da başlayan oyunda afrikalılar 2:0 hesablı qələbəyə sevinib.

DÇ-2022, qrup mərhələsi
27 noyabr, II tur
F qrupu

20:00. Xorvatiya – Kanada 4:1

Qollar: Alfonso Deyvis, 2, Andrey Kramariç, 36, 70, Marko Livaya, 44, Lovro Mayer, 90+4.

 





27.11.2022    çap et  çap et