525.Az
Yasamalda yol qəzası: xəsarət alanlar var
Yasamal rayonunda yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə nəticəsində azı bir nəfər xəsarət alıb. Tbilisi prospekti ilə hərəkət edən "KİA" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində işıq dirəyinə çırpılıb, daha sonra isə yolun əks hərəkət hissəsinə düşüb. Qəza zamanı maşın alışıb.
Xoşbəxtlikdən avtomobildə olan 3 nəfər gənc salonu dərhal tərk edə bilib. Avtomobilin sürücüsü köməyə gələnlərə maşının ona məxsus olmadığını deyərək, hadisə yerindən uzaqlaşıb. Sonradan məlum olub ki, sürücü Şəhər Klinik Xəstəxanasına müraciət edib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və baş verə biləcək partlayışın qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
25.06.2014
çap et