525.Az

İnam Kərimov Masallıda vətəndaşları qəbul edəcək


 

İnam Kərimov Masallıda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Dekabrın 1-də, saat 09:00-da kənd təsərrüfatı naziri İnam Kərimov Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
525.az nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-287-12-12) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

 





28.11.2022    çap et  çap et