525.Az

Rusiya Müdafiə Nazirliyi geostasionar sonuncu peyki itirib


 

Rusiya Müdafiə Nazirliyi geostasionar sonuncu peyki itirib<b style="color:red"></b>

Rusiyanın Müdafiə Nazirliyi “Oko-1”  ballistik raketlərin buraxılış sistemini aşkarlayan  sonuncu geostasionar peyk sistemindən də məhrum olub. 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda “Kommersant” qəzeti hərbi mənbəyə istinadən xəbər yayıb. 

Mənbə bildirib: “Peykin bərpası ilə bağlı bütün tədbirlər görülüb. Təəssüflər olsun ki, onlar hamısı uğursuz oldu”. 

Onun sözlərinə görə, bu ilin aprelində qurğudan siqnal gəlməyib və o, idarəedilməz vəziyyət düşüb.

Rusiya Kosmik - Hava Qoşunlarının təmsilçi geostansionar peykin itirilməsi ilə bağlı xəbəri şərhdən imtina edib.

 





25.06.2014    çap et  çap et