525.Az

Lent.az-ın 6 yaşı tamam olur


 

Lent.az-ın 6 yaşı tamam olur<b style="color:red"></b> Agentlik 2008-ci il iyunun 25-dən hər gün oxucuları üçün obyektiv, operativ və dolğun xəbər lenti hazırlayır, müxtəlif səpkili layihələr həyata keçirir.
 
Hazırda Lent.az Azərbaycanda ana dilimizdə ən böyük xəbər portalıdır. Portal gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir. Saytda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm araşdırmalar işıq üzü görür.
 
 “Lent.az”ın baş direktoru Qabil Abbasoğlu Azərbaycanda internet qəzetçiliyin yaranması və inkişafında bu informasiya resursunun xüsusi rolu olduğunu söyləyib: "Biz “Lent.az”ı yaradanda Azərbaycanda internet mediası yeni təşəkkül tapırdı. Bu baxımdan internet mediası ilə bağlı hazır təcrübə yox idi. Məhz buna görə də çətinliklərin çoxunu biz keçməli olduq. Hər il “Lent.az”ın ad günü olduqda ötən müddətə boylanıram. Təşəkkür edəcəyim xeyli insan var. Bu insanlar burada çalışan, “Lent.az”ın təməlini qoyan , bizimlə birgə addımlayan insanlardır. Kollektiv adından bu təşəbbüsü mənə təklif edib, müvafiq imkan yaradan Vüsalə Mahirqızına təşəkkür edirik. Hesab edirik ki, bu bayrama daha çox haqqı olan insanlardan biri Vüsalə xanımdır”.
 
Qabil Abbasoğlunun sözlərinə görə, Lent.az maraqlı layihə və rubrikaları, kəsilməz xəbər təminatı ilə populyarlıq qazanıb.
 
Gerçək budur ki, onlar kiçik və mehriban kollektivlə ötən 6  ildə regionun tanınan media qurumlarından biri olmağı bacarıblar. Bundan sonra da zirvələrə doğru!

525.az həmkarlarını 6 yaş münasibətilə təbrik edir və uğurlarının davamını diləyir.
 





25.06.2014    çap et  çap et