525.Az

“Heydər Əliyev təqaüdü” təsis ediləcək


 

“Heydər Əliyev təqaüdü” təsis ediləcək<b style="color:red"></b>

 

“Heydər Əliyev təqaüdü” təsis ediləcək.

525.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əksini tapıb.

Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi və Maliyyə Nazirliyi 2023-cü il may–iyun aylarında ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis edilməsini təmin etməlidir.

 

 





28.11.2022    çap et  çap et