“Ali təhsil ölkənin iqtisadi və sosial inkişafının drayverinə çevrilməlidir. Bu isə ali təhsildə dəyişiklərin xarakterindən asılıdır”.
Bunu 525.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib.
Rektorun dediyinə görə, ölkənin iqtisadi və sosial inkişafında ali təhsilin rolunun konkretləşdirilməsi bu sahədə konkret hədəflərin müəyyən edilməsini zəruri hesab edir:
“Başqa sözlə, ali təhsildə proseslərin idarə edilməsinindən daha çox nəticələrin idarə edilməsinə fokuslanmaq daha faydalı görünür. Yəni, ali təhsildə aralıq (yekun hədəflərə xidmət edən qısamüddətli) və yekun hədəflərin (uzunmüddətli) dəqiqləşdirilməsinə ehtiyac olduğunu düşünürük”.
Sevinc Qarayeva