525.Az

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsinin nəticələri açıqlanıb


 

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsinin nəticələri açıqlanıb<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələri açıqlanıb.

Bu barədə 525.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, müsabiqənin müsahibə mərhələsində uğurlu nəticə göstərən 22 nəfərdən 19-u vakansiya seçimi prosesinin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanıb. Onlar şəxsi işləri ilə birlikdə müvafiq ümumi təhsil müəssisəsinə müraciət edə bilərlər.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarına əsasən, müəssisələrdə vakant olan Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırmaqla təhsili idarəetmə orqanının müəyyən etdiyi formada həyata keçirilir.

Sevinc Qarayeva 

 





28.11.2022    çap et  çap et