525.Az

Hindistan Butanla birlikdə hazırlanmış peyki kosmosa göndərib


 

Hindistan Butanla birlikdə hazırlanmış peyki kosmosa göndərib<b style="color:red"></b>

Hindistanda Butan ilə birgə hazırlanmış "Hindistan-Butan SAT" peyki kosmosa buraxılıb.

525.az xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Hindistan Kosmik Tədqiqatlar Mərkəzi (ISRO) "Qütb Peyki Fırlatma Vasitəsi" (PSLV-C54) adlı raket üzərindəki peykləri Şriharikota adasında yerləşən Satiş Davan Kosmik Mərkəzindən kosmosa göndərib. Raketin Butan və Hindistanın Yer Müşahidə Peyki ilə birgə hazırlanmış "Hindistan-Butan SAT"-dan başqa digər peykləri daşıyacağı açıqlanıb. Açıqlamada, Butanın İnformasiya və Rabitə naziri Karma Donnen Vanqdi və Butanın yüksək səviyyəli rəsmilərindən ibarət nümayəndə heyəti peyklərin buraxılması üçün Şriharikotada olduğunu bildirilib: "Butan təbii sərvətlərin idarə olunması ilə bağlı "Hindistan-Butan SAT" peykinin təqdim etdiyi yüksək ayırdetmə qabiliyyətinə malik fotoşəkilləri qiymətləndirəcək", - deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, butanlı mühəndislərin ölkədə peyk hazırlamaq və peykdən alınacaq məlumatların təhlili baxımından yetişdirildiyini bildirən Hindistan xarici işlər naziri Caişankar, bunların nəticəsində birgə inkişaf etdirilən peykin orbitə buraxıldığını deyib.

Məhəmməd Tağıyev

 





28.11.2022    çap et  çap et