525.Az

Almaniyada yoxsulluq son illərdə kəskin şəkildə artıb


 

Almaniyada yoxsulluq son illərdə kəskin şəkildə artıb<b style="color:red"></b>

Almaniyada aparılan araşdırma, ölkədə yoxsulluğun son 10 ildə əhəmiyyətli dərəcədə artdığını ortaya çıxarıb.

525.az xəbər verir ki, Düsseldorfdakı Hans Bökkler Vəqfinə bağlı "İqtisadi və Sosial Elmlər İnstitutu"nun (WSI) apardığı araşdırmaya görə, orta gəlirin yarısından azına sahib olan və "çox yoxsul" olaraq təyin olunanların nisbəti 2010-2019-cu illərdə 40 faiz artıb. Araşdırmada COVID-19 epidemiyasının, enerji qiymətlərindəki artımın və yüksək inflyasiyanın gələcəkdə bu tempi daha da artıra biləcəyi diqqətə çatdırılıb.

Son 10 ildə yaxşı iqtisadi inkişafa və işsizliyin azalmasına baxmayaraq, araşdırmada yoxsul ailələrin bundan kifayət qədər faydalana bilmədikləri, hətta bu ev təsərrüfatlarının iqtisadi baxımdan daha da irəli getdiyi vurğulanıb.

Bundan əlavə, 2010-cu ildə ailə başına 2968 avro olan yoxsulluq həddi 2019-cu ildə 3912 avroya çatıb.

Məhəmməd Tağıyev

 





28.11.2022    çap et  çap et