525.Az

Nazir Şəkidə vətəndaşları qəbul edib


 

Nazir Şəkidə vətəndaşları qəbul edib<b style="color:red"></b>

Elm və təhsil naziri Emin Əmrullayev Şəki şəhərində vətəndaşları qəbul edib.

Nazirlikdən 525.az-a verilən xəbərə görə, qəbulda Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri ilə yanaşı, hımin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Sevinc Qarayeva 

 





28.11.2022    çap et  çap et