525.Az

Cenevrə Mənəvi Xidmət Dərnəyinin vitse-prezidenti İlahiyyat İnstitutunda olub


 

Cenevrə Mənəvi Xidmət Dərnəyinin vitse-prezidenti İlahiyyat İnstitutunda olub<b style="color:red"></b>

Cenevrə Mənəvi Xidmət Dərnəyinin vitse-prezidenti Ventzeslav Sabev Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub. 

İnstitutdan 525.az-a bildirilib ki, görüşdə iki müəssisə arasında birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.
Aİİ rektoru Aqil Şirinov qonağı ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu diqqətə çatdırıb. İnstitut rəhbəri bildirib ki, Cenevrə Universitetiilə əməkdaşlıq əlaqələrinin genişləndirilərəkhər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və təhsilalanlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi mümkündür.
Cenevrə Mənəvi Xidmət Dərnəyinin vitse-prezidenti Ventzeslav Sabevqarşıda duran məqsəd və hədəflərin həyata keçirilməsində ali təhsil müəssisəsinə köməkliklərini əsirgəməyəcəyini nəzərə çatdırıb.
Görüşdə hər iki tərəf Cenevrə Universitetinin İlahiyyat fakültəsi ilə “Dini plüralizm” mövzusunda “dəyirmi masa”ların keçirilməsi barədə razılığa gəlib. 
Sevinc Qarayeva 

 





28.11.2022    çap et  çap et