525.Az

“Məktəb liderliyi” proqramının II çağırış üzrə test imtahanı mərhələsi keçirilib


 

“Məktəb liderliyi” proqramının II çağırış üzrə test imtahanı mərhələsi keçirilib<b style="color:red"></b>


Elm və Təhsil Nazirliyinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzi ilə birgə pedaqoji kadrlar üçün həyata keçirdiyi “Məktəb liderliyi” proqramının II çağırış üzrə test imtahanı mərhələsi keçirilib.

ADPU-dan 525.az-a verilən məlumata görə, test imtahanı mərhələsində namizədlərin tənqidi oxu, riyazi-məntiqi və yazı bacarıqları dəyərləndirilib. Bu mərhələdən uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət alacaq.

İkinci mərhələ üzrə cavablar 15 iş günü ərzində namizədlərin qeydiyyatdan keçdikləri elektron poçt ünvanlarına göndəriləcək.

Qeyd edək ki, “Məktəb liderliyi” proqramı müasir çağırışlara cavab verən məktəb liderlərinin hazırlanmasını hədəfləyir. Proqramda iştirak ödənişsizdir. Təlimlərin Bakı, Sumqayıt, Abşeron əraziləri üzrə əyani, digər bölgələr üzrə isə onlayn və hibrid formada təşkil edilməsi planlaşdırılır.

Təlimlər həftədə 9 saat (həftədə 3 gün, hər gün 3 saat) olmaqla 16 həftə davam edəcək.

Sevinc Qarayeva 

 





28.11.2022    çap et  çap et