525.Az

“Dünyada dənli bitkilər və ərzaqlıq buğdaya olan tələbat təqribən ildə 870 milyon tondur”


 

“Dünyada dənli bitkilər və ərzaqlıq buğdaya olan tələbat təqribən ildə 870 milyon tondur”<b style="color:red"></b>

“Dünyada dənli bitkilər və ərzaqlıq buğdaya olan tələbat təqribən ildə 870 milyon tondur”.

525.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. İqtisadçı bildirib ki, bunun 100 milyona yaxını Rusiya və Ukrayna dövlətləri tərəfindən dünya bazarlarına çıxarılır:

“Bu da kifayət qədər böyük bir rəqəmdir. Lakin indi isə Ukraynada hazırda payız əkini ümumiyyətlə aparılmayıb. Müharibə ilə əlaqədar olaraq çox az bir şəkildə əkin işləri görülüb. Rusiyanın isə dünya bazarına çıxmaqla bağlı problemləri var. Ona görə də dünyada çox sərt şəkildə buğda istehsalını artırmaq mümkün deyil. Məhz bu baxımdan gələn il bu sahədə müəyyən çatışmazlıqların yaranması gözlənilir. Qiymət artımları da yeni ildən gözlənilən bir haldır. Son 2 il ərzində dünya bazarında qiymət artımları 3 dəfə çoxalıb”.

Sevinc Qarayeva 

 





28.11.2022    çap et  çap et