525.Az

BDU-nun “SABAH” qruplarının tələbələri “Bizdən biri” təcrübə proqramına seçiliblər


 

BDU-nun “SABAH” qruplarının tələbələri “Bizdən biri” təcrübə proqramına seçiliblər<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının Hüquqşünaslıq ixtisasının IV kurs tələbələri Sultanə Sultan və Rüfət Nağıyev “Kapital Bank” ASC tərəfindən təşkil edilən “Bizdən biri” təcrübə proqramına seçiliblər.

Bu barədə 525.az-a BDU-dan məlumat verilib.

Hüquq təhsili alan 134 gənc arasından seçilən tələbələr proqram üzrə 3 ay təcrübə keçəcəklər.

Qeyd edək ki, “Bizdən biri” təcrübə proqramı çərçivəsində tələbələr müxtəlif sahələr üzrə müqavilələrin hazırlanması, hüquqi ekspertizasının aparılması qaydası ilə tanış olacaq, eləcə də hüquqi mövzuda müzakirələrdə iştirak edəcəklər.

Sevinc Qarayeva 

 





28.11.2022    çap et  çap et