525.Az

Vyetnam müharibəsi - ARAŞDIRMA


 

Vyetnam müharibəsi - <b style="color:red">ARAŞDIRMA</b>

Vyetnam müharibəsi və ya İkinci Hind-Çin müharibəsi Şərq Bloku ölkələri Şimali Vyetnam, Çin və Sovet İttifaqı ilə ABŞ və ABŞ-ı dəstəkləyən anti-kommunist Cənubi Vyetnam arasında baş vermiş müharibədir. Bu müharibə, Koreya müharibəsindən sonra Soyuq müharibənin ikinci isti münaqişəsi idi. ABŞ isə 1963-1973-cü illər arasında müharibəyə daxil olmuş və 60 minə yaxın əsgərini itirmişdi.

ABŞ ordusu müharibə zamanı işgəncələr, zorlamalar, kütləvi edamlar, mülki əhalinin öldürülməsi və kimyəvi silahdan istifadə kimi bir çox hərbi cinayətlər törətmişdir. Zəhərlənmə nəticəsində 1,5 milyon vətəndaşını və ərazisinin üçdə birini itirməsinə baxmayaraq, Vyetnam eyniadlı müharibədən qalib ayrıldı. ABŞ bölgədə 58 min əsgər itirdi. Müharibədən sonra Vyetnamdan ölkəsinə qayıdan əsgərlərin əhəmiyyətli bir hissəsi intihar edərək düşmən gülləsi ilə deyil, öz əlləri ilə həyatlarına son qoydu.

ABŞ, həmçinin müharibə zamanı 10 minə yaxın təyyarə itirdi və onların əksəriyyəti zenit atəşi ilə vurulmuşdu. Buna qarşılıq olaraq, Şimali Vyetnamın təyyarə itkisi cəmi 150 idi.

Vyetnam müharibəsinin əvvəlində isə Çin-Sovet münasibətlərinin yaxşılaşacağı güman edilirdi. Ancaq münasibətlər daha da pisləşdi. Sovet-Çin fikir ayrılıqlarının dərinləşməsi çoxqütblülüyünü gücləndirmiş və yumşalma prosesini sürətləndirmişdi. Beləliklə, ABŞ-ın Vyetnamı bölmək planı iflasa uğradığı üçün 1975-ci ildə Şimali Vyetnam və Cənubi Vyetnam birləşdi.

Qeyd edək ki, Vyetnam müharibəsi mövzusunda bir çox filmlər nümayiş etdirilib. Bunlara "Hearts and Minds", "Coming Home", "Deer Hunter", "Apocalypse Now", "Missing in Action" ve 'Forrest Gump" kimi filmləri misal göstərmək olar.

Məhəmməd Tağıyev

 





28.11.2022    çap et  çap et