525.Az

"Beynəlxalq ticarət böhran içindədir" - Putin


 

"Beynəlxalq ticarət böhran içindədir" - <b style="color:red">Putin</b>

Rusiya Prezidenti Vladimir Putin ticarət üçün yeni bazarlara üz tutduqlarını bildirib. “Beynəlxalq ticarət böhran içindədir. Rusiya idxal və ixracını yeni bazarlara yönləndirmək üçün geniş tədbirlər həyata keçirir”, - Prezident vurğulayıb.

525.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Moskvada rəsmi təmaslarda olduqları Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Rusiyanın Orenburq şəhərində keçirilən Rusiya-Qazaxıstan regional forumunda onlayn iştirak edib.

Rusiyanın Qazaxıstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələrdən biri olduğunu bildirən Putin: "Qazaxıstandakı investisiyalarımız təxminən 17 milyard dollara çatıb. Ölkə iqtisadiyyatının bütün əsas sahələrində 30-dan çox ortaq investisiya layihəsi həyata keçirilir”, - deyə qeyd edib.

Putin Qazaxıstanla ortaq nəqliyyat və logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində atılan addımları müzakirə etdiklərini də bildirib. 

Vladimir Putin onu da vurğulayıb ki, Rusiya idxal və ixracını yeni bazarlara yönəltmək üçün geniş tədbirlər həyata keçirir: "Biz həm də ticarət və investisiyalara təsir edən məhdudiyyətlərin aradan qaldırılmasında maraqlıyıq. Bu gün beynəlxalq ticarət böhran içindədir. Buna görə də Rusiya idxal və ixracını yeni bazarlara yönəltmək üçün geniş tədbirlər həyata keçirir”, - deyə o qeyd edib.

Forumdakı çıxışlarından sonra Putin və Tokayev Kreml sarayında ikitərəfli danışıqlara başlayıb.

Fərid Sançar

 





28.11.2022    çap et  çap et