525.Az

Dünyanın ən qədim qidasının izləri tapılıb


 

Dünyanın ən qədim qidasının izləri tapılıb<b style="color:red"></b>

Kimberella kimi tanınan şlaka bənzəyən canlının fosillərində, onun bağırsağa malik olduğunu və okean dibindən bakteriyaları və yosunları yediyini göstərən birləşmələr aşkar edilib.

525.az xəbər verir ki, 550 milyon ildən çox əvvəl yaşamış dünyanın ən qədim heyvanlarının qidalanma vərdişləri beynəlxalq tədqiqatçılar qrupu tərəfindən üzə çıxarılıb. Elm adamları, 538 milyon ilə 635 milyon il əvvəl mövcud olmuş "Ediacaran Biota" canlı formasının qədim fosillərini təhlil edərək, onların heyvanlar tərəfindən istehlak edilən qidaya dair ən erkən dəlillər olduğunu söyləyiblər.

Kimberella kimi tanınan şlaka bənzəyən canlının fosillərində onun okean dibində yosun və bakteriyalar yediyini göstərən birləşmələr var. Bu tam doyurucu bir yemək olmasa da, heyvanın ağzı və bağırsağı olduğunu və bəzi müasir onurğasızlar kimi qidaları həzm etdiyinə işarə ola biləcəyini göstərir. Tədqiqatçılar hərəkət edə bilən simmetrik məxluq Kimberellanın öz dövrü üçün inkişaf etmiş bir heyvan olduğunu irəli sürür.

Qeyd edək ki, başqa bir heyvan növü olan Dikinsonianın fosillərini araşdıran qrup isə, bu ikinci canlının daha az inkişaf etdiyini və nə ağzı, nə də bağırsağı olmadığını müəyyən edib.

Məhəmməd Tağıyev

 





28.11.2022    çap et  çap et