525.Az

Rusiya yeni hücum planlaşdırır - Zelenski


 

Rusiya yeni hücum planlaşdırır - <b style="color:red">Zelenski</b>

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya yeni raket zərbələri endirəcəyini  və öz vətəndaşlarını elektrik enerjisinin kəsilməsi ilə bağlı xəbərdarlıq edib.

525.az xəbər verir ki, Zelenski bazar günü gecə paylaşdığı videomüraciətdə: "Biz başa düşürük ki, terrorçular növbəti hücumlar planlaşdırır. Təəssüf ki, raketləri olduğu müddətdə onlar sakitləşməyəcəklər", - ifadələrini işlədib. Rusiyanın hücumları nəticəsində elektrik enerjisinin kəsilməsinə diqqət çəkən Ukrayna Prezidenti, növbəti həftənin də əvvəlki həftə kimi çətin ola biləcəyini bildirib. Zelenskinin sözlərinə isə Moskvadan heç bir cavab verilməyib.

Qeyd edək ki, fevralın 24-də Ukraynaya qarşı hücumlara başlayan Moskva, mülki insanları hədəf almadığını bildirir. Kremlin cümə axşamı verdiyi açıqlamada, Kiyevin Rusiyanın tələblərini yerinə yetirməklə öz xalqının "əziyyətini yüngülləşdirə" biləcəyi vurğulanıb.

Məhəmməd Tağıyev

 





28.11.2022    çap et  çap et