525.Az

Kərim Vəliyev Azərbaycanın ABŞ-dakı səfirliyində olub - Yenilənib


 

Kərim Vəliyev Azərbaycanın ABŞ-dakı səfirliyində olub - <b style="color:red">Yenilənib</b>

Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 28-də ölkəmizin ABŞ-dakı səfirliyində olub.

525.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər zamanı nümayəndə heyətinin ABŞ-ın hərbi rəhbərliyi və “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunacaq.

***

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyində olub.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

"Amerika Birləşmiş Ştatlarında səfərdə olan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Səfirliyimizi ziyarət etmişdir",- deyə məlumatda qeyd olunub.

 





29.11.2022    çap et  çap et