525.Az

Masallıda zəlzələ olub


 

Masallıda zəlzələ olub<b style="color:red"></b>

Noyabrın 29-da Azərbaycanda zəlzələ qeydə alınıb.

525.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 03:47-də Yardımlı stansiyasından 27 kilometr şərqdə, Masallı rayonunda qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.1-ə bərabər olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.

 





29.11.2022    çap et  çap et