525.Az

"NATO Ukraynaya MiQ-29 və ya F-16 qırıcıları verməyi nəzərdən keçirir"


 

 "NATO Ukraynaya MiQ-29 və ya F-16 qırıcıları verməyi nəzərdən keçirir"<b style="color:red"></b>

“NATO Ukraynaya əlavə yardım ayırmaq niyyətindədir”.

525.az TASS-a istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib.

O bildirib ki, Rusiyanın endirdiyi raket zərbələri nəticəsində Ukraynaya ciddi ziyan dəyib.

Y.Stoltenberqin sözlərinə görə, NATO ölkələri Ukraynanı “MiQ-29” və ya “F-16” qırıcıları ilə təmin etmək ideyasını nəzərdən keçirir: “Tammiqyaslı işğalın əvvəlində bu ideyadan imtina edilmişdi. Lakin indi hava məkanında Ukraynaya üstünlüyünün təmin edilməsi üçün yenidən bu ideya nəzərdən keçirilməlidir”.

 

 





29.11.2022    çap et  çap et