525.Az

Respublika fənn olimpiadalarına qeydiyyat yekunlaşıb


 

Respublika fənn olimpiadalarına qeydiyyat yekunlaşıb<b style="color:red"></b>

Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi başa çatıb.

Bu barədə 525.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumilikdə 45 minə yaxın şagird qeydiyyatdan keçib.

Qeydiyyatdan keçən şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinin “Ümumi məlumatlar” hissəsindən buraxılış vərəqələrini əldə edə bilərlər. Buraxılış vərəqələrinin əldə edilməsi ilə əlaqədar yaranmış çətinliklərlə bağlı +994 50 791 46 31 vatsap nömrəsinə yazılı şəkildə müraciət etmək mümkündür.

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 24-də onlayn qaydada, digər fənlər üzrə isə dekabrın 25-də əyani şəkildə əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştiraklarının təmin edilməsidir.

Sevinc Qarayeva 

 





29.11.2022    çap et  çap et