525.Az

UNEC-də iqtisadi qiymətləndirmənin səmərəliliyinə dair elmi seminar keçirilib


 

 UNEC-də iqtisadi qiymətləndirmənin səmərəliliyinə dair elmi seminar keçirilib<b style="color:red"></b>


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Analitik-informasiya resursları mərkəzinin təşkilatçılığı ilə “Regional səviyyədə tərtib edilmiş xərc-buraxılış modeli ilə iqtisadi qiymətləndirmənin səmərəliliyi” mövzusunda onlayn seminar keçirilib.

Bu barədə 525.az-a universitetdən məlumat verilib.

Seminarı giriş sözü ilə açan UNEC Analitik-İnformasiya Resursları Mərkəzinin rəhbəri Esmira Əhmədova bildirib ki, statistik məlumat bazası üçün göstəricilər sisteminin tərtib olunması, müvafiq informasiya mənbələrindən statistik məlumatların toplanması Mərkəzin əsas vəzifələrindən biridir.

Mərkəzin tədqiqatçısı Elnur Rüstəmov təqdimatla çıxış edib. O, xərc-büdcə modelinin qurulmasını şərtləndirən amillərdən, regional balansın qurulma üsullarından, regional hesablar sisteminin formalaşması problemləri və imkanlarından, Gəncə-Qazax iqtisadi rayonunda məhsul, iş və xidmət istehsalının bölüşdürülməsinin sahələrarası balans göstəricilərindən danışıb.

Sonda suallar cavablandırılıb.

Sevinc Qarayeva 

 





29.11.2022    çap et  çap et