525.Az

"Putin Ukraynada uduzur"


 

"Putin Ukraynada uduzur"<b style="color:red"></b>

“Rusiya Prezidenti Vladimir Putin Ukraynada uduzur”.

525.az “Sky News”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib.

O bildirib ki, Rusiya qışdan silah kimi istifadə etməyə çalışır: “Alyansdakı müttəfiqlər zədələnmiş enerji obyektlərinin bərpasına kömək etmək üçün artıq Ukraynaya generatorlar və ehtiyat hissələri bağışlayıblar”.

Xatırladaq ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba daha əvvəl qeyd etmişdi ki, NATO ölkələri təcili olaraq silah istehsalını artırmalıdırlar. Çünki bunsuz Ukrayna müharibədə qalib gələ bilməyəcək.

 





29.11.2022    çap et  çap et