525.Az

Ermənistan ordusunda yoxlamalara başlanılıb


 

Ermənistan ordusunda yoxlamalara başlanılıb<b style="color:red"></b>

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Edvard Asryanın təşəbbüsü ilə hərbi hissə və birləşmələrdə genişmiqyaslı yoxlamalara başlanılıb.

525.az “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, kompleks yoxlamalar tədris ilinə yekun vurulması çərçivəsində aparılır.

Məqsəd döyüş hazırlığının, təminatın, komanda-idarəetmə sisteminin səviyyəsinin qiymətləndirilməsidir.

 

 





29.11.2022    çap et  çap et