525.Az

"Azərbaycan Kalininqradı “Köniqsberq” adlandırmır və Rusiyadan qarşılıq gözləyir"


 

"Azərbaycan Kalininqradı “Köniqsberq” adlandırmır və Rusiyadan qarşılıq gözləyir"<b style="color:red"></b>

Azərbaycan Rusiyanın Kalininqrad regionunu “Köniqsberq” adlandırmır və bu səbəbdən də qarşı tərəfin Azərbaycan toponimlərindən istifadə etməsini gözləyir.

525.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Twitter“də bildirib.

O qeyd edib ki, burada əsas məsələ Rusiya Müdafiə Nazirliyi tərəfindən Qarabağdakı yaşayış məntəqələrinin adlarının Azərbaycanın rəsmi toponimlərinə uyğun qeyd olunmasının zəruriliyidir.

Fərid Şəfiyev vurğulayıb ki, burada 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə də xüsusilə nəzərə alınmalıdır.

 

 





29.11.2022    çap et  çap et