525.Az

Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb


 

Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb<b style="color:red"></b>

Kiyevin Peçersk məhkəməsi Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko barəsində həbs-qətimkan tədbiri seçib.

525.az xəbər verir ki, bu barədə jurnalist Konstantin Andriyuk bildirib.

Onun sözlərinə görə, UAF rəhbəri yanvarın 22-dək həbsdə qalacaq. Pavelko 9 milyon 880 min qrivna (təxminən 270 min ABŞ dolları) məbləğində girov müqabilində azad oluna bilər.

Pavelko vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.

 

 





29.11.2022    çap et  çap et