525.Az

“Milli Məclisə gələn jurnalistlər qonaq deyil”


 

“Milli Məclisə gələn jurnalistlər qonaq deyil”<b style="color:red"></b>

“Milli Məclisə gələn jurnalistlər qonaq deyil”.

525.az xəbər verir ki, bu sözləri Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin noyabrın 29-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Belə ki, deputat Rüfət Quliyev çıxışına “Qonaqları da salamlayıram” deyərək başlayıb.

S.Qafarova isə bu gün parlamentdə qonaq olmadığını söyləyib:

“Çox sağ olun Rüfət müəllim, siz qonaqları da salamladınız. Amma bu gün bizim qonaqlarımız yoxdur”.

Sədrin çıxışına cavab olaraq deputat R.Quliyev jurnalistləri salamladığını bildirib.

Deputatın cavabına reaksiya verən spiker isə qeyd edib ki, jurnalistlər qonaq deyil:

“Onlar bizimlə bərabər səhərdən axşama qədər işləyirlər”.

 

 





29.11.2022    çap et  çap et