525.Az

Böyük Britaniyada yetkinlik yaşına çatmayan immiqrantlar saxlanılıb


 

Böyük Britaniyada yetkinlik yaşına çatmayan immiqrantlar saxlanılıb<b style="color:red"></b>

"The Observer" qəzeti, Böyük Britaniyaya daxil olan ən azı 16 sığınacaq axtaran şəxsin doğum tarixlərinin Britaniya hakimiyyəti tərəfindən onların mübahisəli təcridxanada saxlanılması üçün dəyişdirildiyini bildirib.

 

525.az xəbər verir ki, Qaçqınlar Şurası Britaniya mediasına bu yaxınlarda Manston Sığınacaq Mərkəzindən təxliyə edilmiş 16 uşaqla danışdığını deyib. Uşaqlar təşkilata onların 15-17 yaş arasında olduğunu, lakin Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 18 yaşdan yuxarı kimi qeydə alındığını bildirib.

Hər üçünün yaşını təsdiq edən pasport və ya şəxsiyyət sənədlərinin fotoşəkilləri olsa da, Şura bu sübutlara məhəl qoyulmadığını söyləyib. Uşaqlar daha sonra zorakılıq və xəstəlik iddiaları ilə gündəmə gələn bir məhbusun ölümündən sonra bağlanan Manstonda saxlanılıb.

Məhəmməd Tağıyev

 





29.11.2022    çap et  çap et