525.Az

Mauna Loa vulkanı püskürüb


 

Mauna Loa vulkanı püskürüb<b style="color:red"></b>

ABŞ-ın Havay əyalətində Mauna Loa vulkanı püskürüb.

525.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) ABŞ-ın Havay adalarında Mauna Loa vulkanında püskürmə baş verdiyini açıqlayıb. Lava axınının hazırda pik həddə olduğunu bildirən USGS, hələlik bölgə əhalisi üçün heç bir təhlükənin olmadığını açıqlayıb. Digər tərəfdən, püskürmədən sonra son 2 saat ərzində ən böyüyü 4,2 bal olan çoxlu sayda zəlzələ qeydə alınıb. Havay Vulkan Rəsədxanasından verilən açıqlamada isə vulkan xəbərdarlığının məsləhət səviyyəsindən xəbərdarlıq səviyyəsinə qaldırıldığı bildirilib.

Qeyd edək ki, partlayışın təfərrüatlarını öyrənmək üçün havadan araşdırma aparılacaq.

Məhəmməd Tağıyev

 





29.11.2022    çap et  çap et