525.Az

MN: Ordumuzun atəşi nəticəsində Ermənistan hərbçisinin yaralanması xəbəri yalandır


 

MN: Ordumuzun atəşi nəticəsində Ermənistan hərbçisinin yaralanması xəbəri yalandır<b style="color:red"></b>

Noyabrın 29-u saat 17:50-də guya ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

525.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik" - məlumatda bildirilib.

 





29.11.2022    çap et  çap et