525.Az

Rusiya ilə ABŞ-ın nüvə təftişi danışıqları təxirə salınıb


 

Rusiya ilə ABŞ-ın nüvə təftişi danışıqları təxirə salınıb<b style="color:red"></b>

Rusiya ilə ABŞ arasında nüvə silahlarına nəzarətlə bağlı keçiriləcək görüşün qeyri-müəyyən vaxta təxirə salındığı bildirilib.

525.az xəbər verir ki, ABŞ-ın Moskvadakı səfirliyi və Rusiya Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən, noyabrın 29-dan dekabrın 6-dək Misirin paytaxtı Qahirədə keçirilməsi planlaşdırılan Strateji Silahların Azaldılması üzrə Yeni Müqavilə (New START) çərçivəsində nüvə silahlarının təftişi üzrə ikitərəfli məsləhət komissiyasının iclası Rusiyanın tələbi ilə ləğv edilib. İclas qeyri-müəyyən vaxta təxirə salınıb. Rusiya Xarici İşlər Nazirliyi görüşün təxirə salınmasının səbəbi ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Qahirədə keçiriləcək görüşdə nüvə silahlarının yerində təftişinin davam etdirilməsi və ikitərəfli razılaşmalar çərçivəsində Rusiya ilə ABŞ arasında təhlükəsizlik sahəsində qarşılıqlı ittihamların müzakirəsi gözlənilirdi.

Məhəmməd Tağıyev

 





29.11.2022    çap et  çap et