525.Az

"Volkswagen" Çindəki bir fabrikində istehsalı dayandırıb


 

"Volkswagen" Çindəki bir fabrikində istehsalı dayandırıb<b style="color:red"></b>

Alman avtomobil istehsalçısı "Volkswagen" Çində COVID-19 hadisələrinin sayının artması və məhdudiyyətlər səbəbindən Çenqdu şəhərindəki fabrikində istehsalı dayandırıb.

525.az xəbər verir ki, alman mətbuatında çıxan xəbərlərə görə, "Volkswagen"in Çenqdu fabrikində COVID-19 dalğası səbəbindən istehsal müvəqqəti olaraq dayandırılıb. Alman istehsalçısının eyniadlı şəhərdəki fabrikində iki istehsal xətti də epidemiya səbəbindən dayandırılıb. "Volkswagen"in ölkədəki digər fabriklərində istehsal isə davam edir.

Qeyd edək ki, COVID-19 ilə bağlı vəziyyətin dəyişməsi ilə əlaqədar ölkədəki "Volkswagen" zavodlarının iş rejimində qısamüddətli dəyişikliklərin ola biləcəyi bildirilib.

Məhəmməd Tağıyev

 





29.11.2022    çap et  çap et