525.Az

Borrell: Rusiya Ukraynanı qara dəliyə çevirməyə çalışır


 

Borrell: Rusiya Ukraynanı qara dəliyə çevirməyə çalışır<b style="color:red"></b>

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Rusiyanın Ukraynanı qaranlığa və soyuğa itələyərək onu "qara dəliyə" çevirməyə çalışdığını söyləyib.

525.az xəbər verir ki, Borrell Aİ ölkələrinin inkişaf nazirlərinin toplantısına qatılmadan əvvəl jurnalistlərə açıqlama verib. İclasda Ukraynanın yenidən qurulmasının müzakirə ediləcəyini bildirən Borrell: "Ukraynaya dəstəyimizi artırmalıyıq. Putin Ukraynanı bombalamağa davam edir. O ukraynalıları qaranlıq və soyuqda qoymaq üçün Ukraynanı işıqsız və istiliksiz bir "qara dəliyə" çevirməyə çalışır", - deyib.

Qeyd edək ki, Aİ nümayəndəsi görüşdə Ukraynadakı vəziyyət humanitar böhran baxımından müzakirə olunacağını bildirib.

Məhəmməd Tağıyev

 





29.11.2022    çap et  çap et