525.Az

Çin kosmosa göndərəcəyi yeni taikonavt heyətini açıqlayıb


 

Çin kosmosa göndərəcəyi yeni taikonavt heyətini açıqlayıb<b style="color:red"></b>

Çin Yer orbitində qurduğu Tienqonq (Göy Sarayı) Kosmik Stansiyasına yeni ekspedisiyada iştirak edəcək taikonavtları təqdim edib.

525.az xəbər verir ki, Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) direktor müavini Ci Çiming, təşkil etdiyi mətbuat konfransında "Shincou-15" kosmik gəmisi ilə orbitə göndəriləcək 3 nəfərlik heyəti ictimaiyyətə açıqlayıb. Ci, kosmik stansiyaya dördüncü insanlı səfərdə ekspedisiyaya taikonavtlar Fey Cunlong, Dinq Çinqminq və Canq Lunun yer aldığını bildirib. Açıqlamadan sonra üç taikonavt mətbuat qarşısına çıxıb. Ekspedisiyanın komandanlığını öz üzərinə götürəcək 57 yaşlı Fey 2005-ci ildə Çinin ikinci insanlı kosmosa uçuşu olan "Shincou-6" missiyasına qatılmışdı. Dinq və Canq isə ilk dəfə olaraq insanlı kosmik missiyalarda iştirak edəcəklər.

Qeyd edək ki, kosmosda 6 ay xidmət edəcək taikonavt komandası, kosmik stansiyaya əlavə edilən iki laboratoriya modulu və avadanlıqların inteqrasiyasını həyata keçirəcək.

Məhəmməd Tağıyev

 





29.11.2022    çap et  çap et