525.Az

Avstraliya terror təhlükəsini "zəif ehtimal" səviyyəsinə endirib


 

Avstraliya terror təhlükəsini "zəif ehtimal" səviyyəsinə endirib<b style="color:red"></b>

Avstraliya 2014-cü ildən bəri ilk dəfə terror təhlükəsi səviyyəsini "yüksək ehtimaldan" "zəif ehtimala" endirib.

525.az xəbər verir ki, Avstraliya Təhlükəsizlik Kəşfiyyat Agentliyinin (ASIO) rəhbəri Mayk Burgess, mövzu ilə bağlı açıqlamasında: "Bu o demək deyil ki, təhlükə aradan qalxıb", - ifadəsini işlədərək, 12 ay ərzində bir insanın öldürülməsinin də ehtimallar arasında olduğunu bildirib. 2014-cü ildən bəri ilk dəfə olaraq terror təhlükəsi səviyyəsinin "yüksək ehtimal"dan "zəif ehtimal"a endirildiyinə diqqət çəkən Burgess, son bir neçə ildə Avstraliyada radikal millətçilik və ifrat sağçı ideologiyada artım olduğunu bildirib.

Qeyd edək ki, Burgess: "Bəzi insanlar hələ də avstraliyalıları öldürməyi, söhbət otaqlarında nifrət dolu ideologiyaları paylaşmağı və bombaların necə hazırlandığını və silahların istifadəsini araşdırmağa davam etməyi planlaşdırır", - deyib.

Məhəmməd Tağıyev

 





29.11.2022    çap et  çap et