525.Az

Cənubi Koreya Aya kosmik aparat endirməyi planlaşdırır


 

Cənubi Koreya Aya kosmik aparat endirməyi planlaşdırır<b style="color:red"></b>

Cənubi Koreya Prezidenti Yun Suk Yeol ölkəsinin 2032-ci ilə qədər Aya kosmik gəmi endirmək və oradakı ehtiyatları "gələcək kosmik iqtisadiyyat" planının bir hissəsi kimi araşdırmaq istədiyini açıqlayıb.

525.az xəbər verir ki, Kosmosun qlobal iqtisadiyyata istiqamət verə biləcəyi və bəşəriyyətin üzləşdiyi problemləri həll edə biləcəyi vizyonu ilə davam edəcəklərini ifadə edən Yun, kosmik güc xəyalının uzaq gələcəkdə olmadığını, bunun uşaqlar və gənclər üçün bir fürsət və ümid olduğunu bildirib. Cənubi Koreyanın 2032-ci ilə qədər Aya kosmik gəmi göndərəcəyini və Aydakı qaynaqların "gələcək kosmos iqtisadiyyatı" planı çərçivəsində kəşf ediləcəyini ifadə edən Yun, ölkəsinin 5 il ərzində Ay missiyası üçün yerli raketlər hazırlayacağı məlumatını paylaşılıb.

O, Cənubi Koreyanın uzunmüddətli kosmik planının bir hissəsi olaraq 2045-ci ildə qeyd olunacaq Müstəqillik Gününün 100-cü ildönümündə Marsa kosmik gəmi endirməyi hədəflədiyini qeyd edib. Kompleks plan çərçivəsində kosmik sənayenin inkişafına və mütəxəssislərin hazırlanmasına diqqət yetiriləcək.

Qeyd edək ki, Cənubi Koreya administrasiyası tərəfindən ABŞ Aerokosmik Agentliyinə (NASA) bənzər bir kosmos agentliyinin yaradılacağı da bildirilib.

Məhəmməd Tağıyev

 





29.11.2022    çap et  çap et