525.Az

Meksikada dəstə başçısının saxlanması iğtişaşlara səbəb olub


 

Meksikada dəstə başçısının saxlanması iğtişaşlara səbəb olub<b style="color:red"></b>

Meksikanın Tamaulipas ştatında silahlı dəstə lideri saxlanıldıqdan sonra dəstələr bir çox yollarda barrikadalar qurub, avtomobilləri yandırıblar. 

525.az xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, Nuevo Laredo şəhərində polis əməliyyatında dəstə başçısı saxlanıldıqdan sonra silahlı şəxslər şəhəri döyüş meydanına çevirib. 

İctimai Təhlükəsizlik Katibliyi (SSP) verdiyi açıqlamada dəstə üzvlərinin şəhərin 17 fərqli yerində barrikadalar quraraq bir çox avtomobili yandırdığını bildirib. Polis qrupları asayişi bərpa etmək üçün barrikadalar qurulan yerlərdə əməliyyat keçirib, sürücülərin təhlükəsiz hərəkət etmələrini təmin edib. Təhlükəsizlik tədbirlərini artıran polislər şəhərin ən gur küçələrini nəzarət altına alıb. 

Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında mövzu ilə bağlı danışan Prezident Andres Manuel Lopez Obrador: "Bu gün səhər saatlarında Nuevo Laredoda qarşıdurma baş verib, cinayətkar dəstənin rəhbəri həbs olunub və əks reaksiyalar yaranıb", - deyə açıqlamasında bildirib.

Malik Atilay

 





29.11.2022    çap et  çap et