525.Az

Fransada bağlanan kömür elektrik stansiyası istehsalına yenidən başlayıb


 

Fransada bağlanan kömür elektrik stansiyası istehsalına yenidən başlayıb<b style="color:red"></b>

Enerji böhranı ilə üzləşən Fransada yazda bağlanan Saint-Avold şəhərindəki kömür zavodunda yenidən elektrik enerjisi istehsalına başlanılıb. 

525.az xəbər verir ki, Fransa yerli KİV-in məlumatına görə, ölkənin şərqindəki Mozel əyalətində mart ayında bağlanan Saint-Avold kömür zavodu elektrik enerjisi istehsalına yenidən başlayıb. 

Keçən qışda tamamilə bağlanması gözlənilən Saint-Avold elektrik stansiyasının bir çox atom elektrik stansiyasının təmirə bağlanması səbəbindən enerji istehsalında azalma yaşayan ölkədə hökumət tərəfindən istismarı uzadılıb.

Malik Atilay

 





29.11.2022    çap et  çap et