525.Az

Türk Mədəniyyəti və İrsi Fondunun Macarıstanla əlaqələri müzakirə edilib


 

Türk Mədəniyyəti və İrsi Fondunun Macarıstanla əlaqələri müzakirə edilib<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma ilə görüşüb.

Fonddan 525.az-a bildirilib ki, görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi qurum tərəfindən yaxın zamanlarda həyata keçiriləcək tədbirlərdən, təşkilatın üzv və müşahidəçi dövlətlərini əhatə edən çoxəsirlik türk mədəniyyətinin qorunmasına yönəlmiş gələcək layihələrdən, eləcə də Macarıstan ilə mümkün yeni əməkdaşlıq istiqamətlərindən bəhs edib.

Səfiri Tamaş Yojef Torma Avropanın 2023-cü il üçün mədəni paytaxtlarından biri olan Macarıstanın Vezprem şəhəri və Türk dünyasının 2023-cü il üzrə mədəniyyət paytaxtı olan Azərbaycanın Şuşa şəhəri arasında əlaqələrin gücləndirilməsi məqsədilə bir sıra qarşılıqlı səfər və tədbirlərin keçirilməsi planları haqqında məlumat verib, həmçinin Fondu bu proseslərə dəstək verməyə dəvət edib.

Bununla yanaşı, görüşdə Fond və Macarıstan arasında qədim türk mədəniyyəti və irsinin təbliğ edilməsi istiqamətində birgə əməkdaşlığın genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

 





29.11.2022    çap et  çap et