525.Az

Ukraynanın birinci xanımından rus əsgəri ilə bağlı dəhşətli iddialar


 

Ukraynanın birinci xanımından rus əsgəri ilə bağlı dəhşətli iddialar<b style="color:red"></b>

İngiltərənin paytaxtı Londonda keçirilən konfransda çıxış edən Ukrayna Prezidenti Volodomir Zelenskinin həyat yoldaşı Yelena Zelenska Rusiya Prezidenti Vladimir Putinin qoşunlarının Ukraynaya hücumu zamanı sistemli şəkildə cinsi zorakılıqdan istifadə etdiklərini bildirib.

525.az xəbər verir ki, Rusiyanın hücumlarının 9 aydır ki, davam etdiyi bir vaxtda Birləşmiş Millətlər Təşkilatının (BMT) keçən ay dərc etdiyi hesabatda, fevral ayında münaqişə başlayandan bəri rus əsgərlərinin onlarla müharibə cinayəti törətdiyinə dair sübutların olduğu bildirilir.

BMT müstəntiqləri, həmçinin çoxsaylı cinsi istismar və zorakılıq hallarını aşkar ediblər. Məsələn, ukraynalı hərbi əsirlərin işgəncə və kastrasiyası, həmçinin uşaqlara qarşı cinsi zorakılıq və qadınların zorlanması kimi iddiaları bura daxildir.

Müharibələrdə cinsi zorakılığın qarşısının alınması ilə bağlı konfransda çıxış edən Zelenska isə belə dəhşətli hadisələrin taktiki qərar olduğuna şübhə etmədiyini bildirib.

Zelenska cinsi zorakılığın sadəcə insanları təhdid etməkdən ibarət olmadığını, həmçinin rus ordusunun bundan bir silah kimi istifadə etdiklərini qeyd edib:

"Cinsi zorakılıqla bağlı olan cinayətlər təkcə zorakılıq və ya insanları təhdid etməkdən ibarət deyil, bu, əslində onların arsenalında olan başqa bir silahdır. Bu səbəbdən də onları müharibə cinayətləri kimi tanımaq və bütün günahkarları məsuliyyətə cəlb etmək çox vacibdir. Cinsi zorakılıq cinayətləri sistematik şəkildə həyata keçirilir və hətta rus əsgərləri bunu qohumları ilə telefonda müzakirə də edirlər”, - Zelenska deyib.

Həmçinin Zelenska dinlənilən telefon danışıqlarına əsasən bildirib ki, rus əsgərlərinin Ukraynalı qadınlara cinsi zorakılıq etməsinə onların həyat yoldaşları təşviq edir.

Son olaraq Zelenska Ukraynada baş verən hadisələrə azad dünyanın reaksiya verəcəyini ümid etdiyini deyib.

Fərid Sançar

 





29.11.2022    çap et  çap et