525.Az

İsrail və ABŞ hava təlimi keçirir


 

İsrail və ABŞ hava təlimi keçirir<b style="color:red"></b>

İsrail və ABŞ Hərbi Hava Qüvvələri İranın nüvə proqramını hədəfə alan hava təlimlərinə başlayıb.

525.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Avichay Adraee, sosial media hesabından verdiyi açıqlamada, İsrail və ABŞ ordularının ortaq hava təliminə başladığını bildirib. O, iki ölkənin döyüş və yanacaq dolduran təyyarələrin iştirak edəcəyi təlimlərdə bölgədəki təhdidlərlə bağlı fərqli ssenarilərə hazırlaşacaqlarını ifadə edib.

İsrail mediasında verilən xəbərlərə görə, İsrail və Aralıq dənizi səmalarında cümə axşamına qədər davam edəcək birgə hava təlimində israilli pilotların "İranın nüvə proqramını hədəf almaq üçün uzun məsafəli uçuşlar həyata keçirəcəkləri" bildirilib.

Həmçinin son aylarda İsrail və ABŞ arasında müxtəlif səviyyələrdə birgə hərbi təlimlər keçirilib.

İsrail Baş Qərargah rəisi Aviv Kohavi bir müddət əvvəl ABŞ-a etdiyi səfərdən sonra bildirmişdi ki, regional təhdidlərlə mübarizə üçün ABŞ Mərkəzi Komandanlığı ilə birgə fəaliyyətin miqyası artırılacaq.

Kohavi bəyan edib ki: “İsrail ordusu İranın bölgədə yerləşməsinə şiddətlə qarşı çıxmağa davam edəcək”.

Qeyd edək ki, sentyabr ayında ABŞ hökuməti Boeing ilə İsrailə maliyyə yardımı paketi çərçivəsində KC-46A tipli dörd hava yanacaqdoldurma təyyarəsinin tədarükünə dair müqavilə imzalamışdı.

Fərid Sançar

 





29.11.2022    çap et  çap et