525.Az

Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib


 

Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib<b style="color:red"></b>

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün gəldiyi Rumıniyada Aspen İnstitutunun 11-ci Buxarest Forumunda çıxış edib.

Çavuşoğlu, müharibədə insan itkilərinin artması ilə danışıqların çətinləşdiyini ifadə edib. “Sadəcə qınamaqla problem həll edə bilməz. Ona görə də Ukraynada sülhə nail olmaq üçün hərəkətə keçməli və yaradıcı olmalıyıq. Türkiyə olaraq bunu etməyə çalışırıq”, - deyə o bildirib.

Çavuşoğlu deyib ki, müharibənin ilk həftələrində iki ölkənin xarici işlər nazirini Antalyada, xüsusən də iki ölkənin nümayəndə heyətini martın sonunda İstanbulda bir araya gətirdikləri zaman onların səyləri nəticə verməyə yaxın olub. Lakin insan itkilərinin artması danışıqlar yolu ilə həllə nail olmağı çətinləşdirib.

Türkiyə xarici işlər naziri Avropa İttifaqının Ukrayna ilə bağlı başlatdığı Hərbi Dəstək Missiyasında Türkiyə ilə məsləhətləşmədiyinə diqqət çəkərək:
“Aİ və NATO arasında birliyi görməkdən çox xoşbəxtik. Aİ Ukrayna üçün yeni təhlükəsizlik missiyası elan etdi və bu missiyaya başlamazdan əvvəl Türkiyə ilə məsləhətləşmələrə məhəl qoymadı. Düzünü desəm, bunun bir hissəsi olmaq bizim üçün vacib deyil. Amma mən bunu deməklə bir neçə üzv dövlətin maraqları ucbatından Aİ-nin öz strateji baxışını necə itirdiyini misal göstərdim. Bunun bizə lazım olmadığını deyirik, çünki ayrı-ayrılıqda hər kəs Ukraynanı necə dəstəklədiyimizi bilir. Təbii ki, biz münaqişə ilə yadda qalan regionlarda təhlükəsizliyin və sabitliyin təminatçısı kimi çıxış etməyə davam edəcəyik. Türkiyənin uğuru Avropanın da uğuru olacaq. Uğursuzluq bizim üçün seçim deyil”, - deyib.

Fərid Sançar

 





29.11.2022    çap et  çap et