525.Az

Almaniya səhiyyə böhranı ilə üz-üzə qalıb


 

Almaniya səhiyyə böhranı ilə üz-üzə qalıb<b style="color:red"></b>

Almaniyada yeni böhran, xüsusən də tənəzzül gözləntiləri gündəmdə qalmaqda davam edir. Ölkə iqtisadiyyatı enerji və qida sektorundakı böhranlarla mübarizə apararkən, hazırda səhiyyə böhranı ilə də üz-üzədir.

525.az Almaniya mediasına istinadən xəbər verir ki, tədarük zəncirindəki nasazlıqlar səbəbindən bəzi dərmanların təminatında problemlər yaranıb. Almaniyada 300-ə qədər həyati vacib dərmanın tədarükünü çətinləşib.

Təchizat, ərzaq və enerji böhranları qlobal səviyyədə rekordlar qırmağa davam edir. COVID-19 pandemiyasının vurduğu dünya iqtisadiyyatını, Rusiya-Ukrayna müharibəsi ilə başlayan enerji böhranı daha da çıxılmaz vəziyyətə salıb. 

Əks təsirlərinin gələn ildən etibarən daha aydın görünməsi gözlənilən böhranlara hər gün yenisi əlavə edilir. Rusiyaya sanksiya tətbiq edən Avropa iqtisadiyyatları enerji böhranı ilə birlikdə ənənəvi isitmə üsullarına keçib, tədarük zəncirindəki fasilələr dərman sənayesini də vurub.

Qeyd edək ki, Almaniyada səhiyyə sektorunda antibiotiklərdən tutmuş ağrıkəsicilərə qədər bir çox dərmanın təchizatında problemlər getdikcə artmaqdadır.

Fərid Sançar

 





29.11.2022    çap et  çap et