525.Az

Sudanda həmkarlar ittifaqları və peşəkar federasiyaların fəaliyyəti dondurulub


 

Sudanda həmkarlar ittifaqları və peşəkar federasiyaların fəaliyyəti dondurulub<b style="color:red"></b>

Sudanın Suverenlik Şurasının sədri və ordu komandanı general Əbdülfəttah əl-Burhan ölkədə həmkarlar ittifaqları və peşəkar federasiyaların fəaliyyətini dondurmaq və maliyyələrinə nəzarət etmək qərarına gəlib. 

525.az xəbər verir ki, Suverenlik Şurasının verdiyi açıqlamaya görə, Burhan ölkədə həmkarlar ittifaqı və peşə federasiyalarının fəaliyyətinin dondurulması ilə bağlı müvafiq orqanlara göstəriş verib. 

Ədliyyə Nazirliyinin müvafiq qurumları tərəfindən fəaliyyəti dondurulmuş həmkarlar ittifaqı və peşə federasiyalarına rəhbərlik etmək üçün zəruri komitələr yaradılacaq. Nazirlik tərəfindən yaradılacaq komitələr, əlaqədar birliklər və federasiyalar da Sudanda və xaricdəki aktivlərin təyini, hesablanması və nəzarətindən cavabdeh olacaqlar.

Malik Atilay

 





29.11.2022    çap et  çap et