525.Az

Hondurasda fövqəladə vəziyyət elan edilib


 

Hondurasda fövqəladə vəziyyət elan edilib<b style="color:red"></b>

Mərkəzi Amerika ölkəsi Hondurasda artan cinayət hadisələri səbəbindən milli fövqəladə vəziyyət elan edildiyi açıqlanıb. 

525.az xəbər verir ki, bölgə mediasının məlumatına görə, Prezident Xiomara Kastro öz bəyanatında narkotik ticarəti, cinayətkarlar və qeyri-qanuni qrupların fəaliyyətinin qarşısını almaq üçün milli fövqəladə vəziyyət elan etdiklərini açıqlayıb. 

Prezidentin sözçüsü tərəfindən verilən açıqlamada sərhəd bölgələrində yüzlərlə təhlükəsizlik qüvvəsinin yerləşdirildiyi bildirilib və bəyanatda deyilib:

“Prezidentin göstərişi ilə Hərtərəfli Təhlükəsizlik Planı çərçivəsində 600-dən çox İctimai asayişi təmin edən əsgərlər və polis sərhəd məntəqələrini gücləndirmək üçün yola çıxdı. Ölkə qonşuları El Salvador, Qvatemala və Nikaraquadan Hondurasa giriş və çıxışlara ciddi nəzarət edir".

Honduras hakimiyyəti cinayət nisbətinin yüksək olduğu paytaxt Tequsiqalpa və San Pedro Sulada yüzdən çox məhəllədə fövqəladə vəziyyət elan edib. Honduras regionda kriminal fəaliyyətlərin ən sıx olduğu ölkələr sırasındadır. İctimaiyyət hakimiyyətdən qətl, adam oğurluğu və qəsbkarlıq ilə bağlı həll yollarını tələb edir.

Malik Atilay

 





29.11.2022    çap et  çap et