525.Az

Yaponiyada 20 uşaq kükürddən zəhərlənib


 

Yaponiyada 20 uşaq kükürddən zəhərlənib<b style="color:red"></b>

Yaponiyanın Osaka vilayətindəki ibtidai məktəbdə 20 uşaq kükürd qoxusundan zəhərlənib.

525.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Yaponiyada məktəblilər anidən kükürdə bənzər bir qoxu hiss ediblər. Həkim qrupları çağırılıb və 7-11 yaş arası 20 uşağı özlərini yaxşı hiss etmədikləri üçün xəstəxanaya göndəriblər.

Yanğınsöndürənlərin kükürd qoxusunun mənbəyini tapmaq üçün qaz detektorları ilə apardıqları müayinələrdə hər hansı anormallıq aşkar edilməyib.

Məktəbdə araşdırmalar davam edir.

Sevil Seymur

 





29.11.2022    çap et  çap et