525.Az

İngiltərə: Çinlə münasibətlərdə “qızıl dövr” deyilən zaman başa çatıb


 

İngiltərə: Çinlə münasibətlərdə “qızıl dövr” deyilən zaman başa çatıb<b style="color:red"></b>

Böyük Britaniyanın Baş naziri Rişi Sunak ölkəsinin Çinlə əlaqələrinin "qızıl dövrü" adlandırılan dövrünün başa çatdığını, Çinə yanaşmalarını dəyişməli olduqlarını vurğulayıb. 

525.az xəbər verir ki, Baş nazir Sunak, illik "Lord Bələdiyyə Başçısının Ziyafəti" yeməyində etdiyi çıxışda İngiltərə-Çin əlaqələrinin gələcəyi ilə bağlı açıqlamalar verib. 

"Biz Çinə münasibətimizi dəyişməliyik. Açıq deyək ki, ticarətin avtomatik olaraq sosial və siyasi islahatlara gətirib çıxaracağına dair sadəlövh fikirlə, "qızıl dövr" deyilən dövr başa çatıb", - Sunak bildirib. 

Digər tərəfdən, Baş nazir Sunak sadə Soyuq Müharibə ritorikasına arxalana bilməyəcəklərini vurğulayıb.

Malik Atilay

 





29.11.2022    çap et  çap et