525.Az

Fransadan Hindistanla birlik mesajı


 

Fransadan Hindistanla birlik mesajı<b style="color:red"></b>

Fransanın müdafiə naziri Sebastien Lekornu Hindistana səfəri zamanı iki ölkənin "Hind-Sakit okeanda dəniz suverenliyini və naviqasiya azadlığını müdafiə etmək üçün birləşdiyini" bildirib.

525.az xəbər verir ki, Lekornu müxtəlif əlaqələr qurmaq üçün getdiyi Hindistanda Hərbi Dəniz Qüvvələri tərəfindən layihələndirilən 262 metrlik təyyarə gəmisi "İNS Vikrantı" ziyarət edib. Lekornu səfərlə bağlı "Twitter" hesabında: "Fransa və Hindistan Hind-Sakit okean regionunda öz dəniz suverenliyini və naviqasiya azadlığını müdafiə etmək üçün birləşiblər", - ifadələrinə yer verib.

İki günlük səfəri zamanı Lekornunun həmkarı Rajnat Sinq ilə müdafiə sahəsində əməkdaşlıq, terrorizmlə mübarizə və dəniz təhlükəsizliyi ilə bağlı danışıqlar aparması planlaşdırılır. Bundan əlavə, Lekornunun Hindistanın xarici işlər naziri Caişankar və milli təhlükəsizlik müşaviri Ajit Doval ilə görüşü gözlənilir.

Məhəmməd Tağıyev

 





30.11.2022    çap et  çap et